Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Sumqayıtda vətəndaşlarla görüşüb - FOTO

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Sumqayıtda vətəndaşlarla görüşüb - <span style="color: red;">FOTO
# 11 aprel 2013 09:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu gün Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirib. «APA-Economics»in xəbər verdiyi kimi, qəbulda Sumqayıt şəhəri, habelə Abşeron və Xızı rayonlarından olan pensiyaçıların müraciətlərində baxılıb.

Təxminən 20 vətəndaşdan daxil olan müraciətlərin əksəriyyəti Azərbaycanda pensiyaçılar üçün tibbi sığortanın olmamasına aid olub. Ümumilikdə, pensiyaçılar ölkədə icbari tibbi sığortanın zəif inkişaf etməsindən və onun pensiyaçılara ümumiyyətlə tətbiq olunamasından narazıdır. Bundan əlavə, qəbulda həmçinin bir sıra vətəndaşın şəxsi problemlərinə də baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR