Merkel Vladivostokdan Lissabonadək azad ticarət zonasının yaradılmasını istisna etmir

Merkel Vladivostokdan Lissabonadək azad ticarət zonasının yaradılmasını istisna etmir
# 18 aprel 2015 00:24 (UTC +04:00)

Bakı-APA. Almaniyanın kansleri Anqela Merkel bəyan edib ki, siyasi cəhətdən fikir ayrılığına baxmayaraq Rusiya ilə iqtisadi əməkdaşlığı kəsmək arzusunda deyil.

APA-nın “DPA” agentliyinə istinadən verdiyi məlumata görə, Merkel Ştralzund şəhərində keçirilən iqtisadi forumda belə deyib.

“Gələcəkdə biz iri azad ticarət zonalarının yaradılmasını görür, vahid iqtisadi məkan istiqamətində addımlar atırıq. Vladimir Putinin bir vaxt söylədiyi kimi – Vladivostokdan Lissabonadək”, deyə A.Merkel bildirib.

Almaniyanın kansleri həmçinin vurğulayıb ki, Ukrayna və Moldovanın Avropa İttifaqı ilə imzaladıqları assosiativ razılaşmalar Rusiyaya qarşı yönəlməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR