Qarsda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərin görüntüləri yayılıb - FOTO

Qarsda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərin görüntüləri yayılıb - <span style="color: red;">FOTO
# 03 iyun 2016 09:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qarsda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə keçirilən birgə təlimin görüntüləri yayılıb.

APA Müdafiə Nazirliyinin saytına istinadən həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, təlimdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev və Türkiyə Respublikasının Üçüncü Ordu komandanı, ordu generalı İsmail Serdar Savaş iştirak edirlər.

Eyni zamanda təlimə ilk dəfə olaraq müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri qatılıblar.
1200-dən artıq şəxsi heyətin iştirakı ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR