"Sony" şirkəti 9 ayı 1 mlrd. dollarlıq ziyanla başa vurub

"Sony" şirkəti 9 ayı 1 mlrd. dollarlıq ziyanla başa vurub
# 31 oktyabr 2014 10:07 (UTC +04:00)

Bakı - APA-Economics. "Sony" şirkəti bu ilin aprel-sentyabr aylarını təxminən 1 mlrd. dollarlıq xalis zərərlə başa vurub.

APA-Economics” “Agence France-Presse”yə istinadən xəbər verir ki, şirkətin zərərlə işləməsinə əsas səbəb smartfon satışı sahəsində digər şirkətlərlə rəqabətə tab gətirə bilməməsidir.

Qeyd edək ki, sentyabrda "Sony" şirkəti mənfəətlə bağlı illik proqnozunu aşağı salıb. Bundan başqa, şirkətin bəyanatında bildirilib ki, smartfon istehsalı ilə məşğul olan şöbənin ştat vahidinin 15% azaldılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR