Bakıda və Bərdədə ev yanıb, bir nəfər xəsarət alıb

Bakıda və Bərdədə ev yanıb, bir nəfər xəsarət alıb
# 09 avqust 2015 11:22 (UTC +04:00)

Bakı - APA. Bakı şəhəri Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bərdə rayonunun Mustafaağalı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün və 1 otağının yanar konstruksiyaları 26 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR