Azərbaycanla Qətər arasında İKT sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanla Qətər arasında İKT sahəsində əməkdaşlıq memorandumu imzalanıb
# 08 dekabr 2014 16:38 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanla Qətər arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

APA-nın məlumatına görə, sənəd Doha şəhərində keçirilən «ITU Telecom World 2014» sərgi-konfransı çərçivəsində imzalanıb.

Anlaşma Memorandumunu Qətərin informasiya və kommunikasiya texnologiyaları naziri Hessa əl-Cabir ilə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov imzalayıblar. Sənəddə iki ölkə arasında İKT sahəsində əməkdaşlığın təşviqi, inkişaf etdirilməsi, İKT sahəsində təcrübə mübadiləsinin artırılması və s. nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra Azərbaycan nümayəndə heyəti «Qatar National Broadband Network (QNBN)», «Qatar Satellite (EshailSat)» şirkəti, Qatar Yardımçı Texnologiyalar Mərkəzində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR