Azərbaycanda «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq» mövzusunda I Dünya İqtisadi Forumu keçirilir - YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycanda «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq» mövzusunda I Dünya İqtisadi Forumu keçirilir - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 08 aprel 2013 06:35 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Tədbiri açan Davos Forumunun icraçı direktoru Klaus Şvab tədbirin təşkilində dəstəyinə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib.

Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu deyən K. Şvab qeyd edib ki, ölkənin coğrafi mövqeyindən, yüksək təhsil almış işçi potensialından bu regionda birgə istifadə etmək olar. O, həmçinin Azərbaycanın maliyyə, bank, tikinti sektorunun inkişaf getdiyini diqqətə çatdırıb.

Forumun keçirilməsində məqsədin uzunmüddətli ssenarilər hazırlamaq və inkişafa təkan vermək, regionun unikal imkanlarını aşkar etmək olduğunu deyən K. Şvab bu məqsədlə dünyanın müxtəlif ölkələrindən nümayəndələrin tədbirə qatıldığını vurğulayıb.

Daha sonra regionun imkanlarına həsr olunmuş video rolik nümayiş olunub.

***

Forumda çıxış edən Qazaxıstan baş nazirinin birinci müavini Baktijan Sagintayev ölkəsinin iqtisadi imkanları barədə danışıb: “Ekspertlərin fikrincə, Qazaxıstan MDB məkanında investisiya yatırmaq üçün ən əlverişli ölkələrindən biridir. Mərkəzi Asiya regionunda xarici investisiyaların 80 faizi Qazaxıstanın payına düşür. Qazaxıstanda iqtisadiyyatın diversifikasiyası istiqamətində işlər aparılır. Biz qeyri-neft sektorunun inkişafına xüsusi önəm veririk”.


Bölgədə birgə fəaliyyət üçün imkanların olduğunu deyən B. Sagintayev ölkəsinin Böyük İpək Yolunun bərpası istiqamətində işlər apardığını bildirib: “Həyata keçirdiyimiz layihələr bölgə ölkələrinin inkişafı baxımından önəmlidir. Cənubi Qafqaz ölkələri ilə ticarət potensialı böyükdür”.

Rusiyanın VTB Bankının sədri Andrey Kostin qeyd edib ki, ötən dövrdə Azərbaycan və regionun digər ölkələrinin iqtisadiyyatında mühüm böyümələr olub: “İqtisadiyyatın böyüməsi özünü daha çox enerji mənbələrinə malik ölkələrdə göstərir. Regionda böyük imkanlar var. Lakin təhlükəsizlik baxımından regionda müəyyən problemlər var. Xüsusilə də hərbi təhlükəsizlik, siyasi ekstremizm təhlükələri var. Eyni zamanda bölgə Əfqanıstan və İranla qonşuluqda yerləşir”.

A. Kostin Rusiyanın yenidən imperiyanı bərpa etmək niyyəti ilə bağlı xarici ekspertlərin fikirlərini də təkzib edib: “Bəzi amerikalı həmkarlarımızın iddiasının əksinə olaraq, Rusiya
yenidən imperiya yaratmaq niyyətində deyil. Bu regionda Rusiyanın müəyyən maraqları var. Rusiyada radikal islamçılıq, narkotik qaçaqmalçılığı kimi problemlər var. Xəzər dənizi Rusiyanın marağında olan başqa bir misaldır. Sovet İttifaqı vaxtında bizim iqtisadiyyatımız vahid idi. Bu gün də əməkdaşlığımız üçün bir çox imkanlar var”.

Tədbirdə çıxış edən Qırğızıstan baş nazirinin müavini Comart Otorbayev bildirib ki, Orta Asiyanın 5 ölkəsinin ümumi daxili məhsulunun həcmi kiçik bir ölkə olan Sinqapurun ümumi daxili məhsulunun həcmindən azdır: “Qırğızıstan açıq bir ölkədir, ölkəmiz təbii resurslarla zəngindir. Qırğızıstanın təsdiq edilmiş qızıl ehtiyatlarının həcmi 1000 tondan çoxdur. Ötən ildən Qırğızıstan regionun tranzit ölkəsinə çevrilməyə başlayıb. Çinə iki avtomobil yolu inşa edilib. Eyni zamanda hava yolları ilə bağlı açıq naviqasiya siyasətini də dəstəkləyirik”.

Son dövrlər iqtisadiyyatların qloballaşdığını, siyasətlərin isə milliləşdiyini deyən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, Türkiyə enerji sahəsində Rusiya, Azərbaycan, İran və İraqla əməkdaşlıq edir: “Suriyada və Kiprdəki siyasi rejimlərin mahiyyətinə baxmayaraq, biz bu ölkələrə elektrik enerjisi veririk. Türkiyə regionda reallaşdırılmış enerji dəhlizi layihələri ilə yanaşı, Bakı-Tiflis-Qars dəmiryolunun içə düşməsi ilə yaranacaq yeni nəqliyyat dəhlizinin qarantıdır”.


Taner Yıldız qeyd edib ki, Türkiyənin 2023 və 2030-cu illərlə bağlı hədəfləri daha realdır. Nazir tədbir iştirakçılarını İstanbulda keçiriləcək Dünya İqtisadi Forumuna dəvət edib.

Hollandiyanın Leben Universitetinin professoru Viktor Halberstad çıxışında bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya həm Avropa, həm də Asiya ölkələri üçün qapı rolunu oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR