Bakı-Kiyev aviareysi ləngiyir

Bakı-Kiyev aviareysi ləngiyir
# 19 dekabr 2012 16:04 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Ukraynanın «Aerosvit» aviaşirkətinin həyata keçirdiyi 422 saylı Bakı-Kiyev aviareysi üzrə uçuş ləngiyəcək. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

Aeroportdan verilən məlumata görə, Kiyevdə qeyri-sabit hava şəraiti səbəbindən 421 saylı Kiyev-Bakı aviareysi bir qədər ləngiyib və bu marşrutla uçan təyyarə yerli vaxtla yalnız saat 17:55-də havaya qalxıb: «Cədvələ görə Kiyev-Bakı aviareysi saat 17:55-də Bakıda enməli idi. Lakin əlverişsiz hava şəraiti bu reysi bir qədər ləngidib və təyyarə Bakı aeroportuna saat 19:40-da enəcək. Bu səbəbdən 422 saylı Bakı-Kiyev aviareysi üzrə uçuş saat 20:40-da həyata keçiriləcək, halbuki cədvəl üzrə bu reys saat 19:05-də yerinə yetirilməli idi».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR