Ombudsman Gəncə və Samuxda ictimai dinləmələr keçirib

Ombudsman Gəncə və Samuxda ictimai dinləmələr keçirib
# 30 aprel 2013 14:25 (UTC +04:00)

Bakı – APA. Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə icra hakimiyyətləri, məhkəmə, polis, prokurorluq, dairə seçki komissiyaları və bələdiyyələrin, habelə ictimaiyyətin, yerli qeyri-hökumət təşkilatları və KİV-in nümayəndələri, qadınlar, gənclər, müəllimlər, digər ziyalılar, şəhər və kənd sakinlərinin iştirakı ilə Gəncə və Samuxda ictimai dinləmələr təşkil edib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, Müvəkkil 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili olduğunu vurğulayaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar prezidentin müvafiq sərəncamlarının əhəmiyyətini, bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd edib, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini vurğulayıb.

Ombudsman eyni zamanda bəzi problemləri də qeyd edib, Gəncədə və Samuxda MFP-nin icrası, insan hüquqlarının, o cümlədən seçki hüquqlarının daha səmərəli təmin olunması üzrə zəruri məsələləri müzakirəyə çıxarıb.

Müvəkkil habelə seçici siyahılarının müntəzəm olaraq təkmilləşdirilməsinin, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, vətəndaşlara öz seçimini etmək və sərbəst toplaşmaq üçün şəraitin yaradılmasının vacibliyini, seçkilərin azad və demokratik keçirilməsi üçün icra hakimiyyəti orqanları və vətəndaş cəmiyyəti qurumları tərəfindən maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini qeyd eşdib.

Səfər çərçivəsində Müvəkkil ona müraciətləri olan şəxsləri qəbul edib və onların müraciətlərini yerində araşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR