Fələstinin Azərbaycandakı səfiri: “Fələstin, Qəzza qan ağlayır”

Fələstinin Azərbaycandakı səfiri: “Fələstin, Qəzza qan ağlayır”
# 25 iyul 2014 18:05 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Qüds günü ilə bağlı keçirilən tədbirdə çıxış edən Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.

O bildirib ki, hər şeyə rəğmən Fələstin qəhrəmancasına mübarizə aparır: “Fələstin qəhrəmancasına mübarizə aparır. Fələstin peyğəmbərlərin torpağıdır. Bu günə kimi, 808 nəfər ölüb, 5345 nəfər yaralanıb, 1400 məcburi köçkün yaranıb. 3100 məscid dağıdılıb. İsrail bütün Fələstin xalqına qarşı müharibə aparır. Hesablamalara görə, bu günə kimi ölənlərin 80 faizini uşaqlar qadınlar və qocalar təşkil edir. Uşaqlar ölənlərin üçdə birini təşkil edir. Qəzza 7 ildir ki, mühasirədədir. Bundan əvvəl isə, Qəzza içməli su, işıq və digər vasitələr olmadığı üçün bir cəhənnəmə çevrilib. Fələstin 1919, 1939-cu il inqilablarının xalqıdır. Azadlıq hərəkatının xalqıdır. Qəribədir ki, bəzi ölkələr bizə qarşı çıxırlar. Həmin ölkələrə sual olunur ki, ən böyük işğalçılığa məruz qalmış Fələstin haqqında niyə susursunuz? Biz İslam ümmətindən olduğumuza görə qürur duyuruq və islam ümmətindən aldığımız dəstəkdən məmnunuq. Mən prezident İlham Əliyevə, Azərbaycan ictimaiyyətinə bizə verdikləri dəstəyə görə təşəkkür edirəm ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR