Səhiyyə Nazirliyi sanitar qaydaları pozan dönər müəssisələrini cəzalandırıb

Səhiyyə Nazirliyi sanitar qaydaları pozan dönər müəssisələrini cəzalandırıb
# 12 dekabr 2014 12:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda dönər satışı ilə bağlı tətbiq edilən cəzaların miqdarı açıqlanıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, məhsulun satışına dair sanitar qaydalar pozulduğuna görə bu il 9 dönər sahibinin obyektinin dayandırılması haqqında qərar çıxarılıb. O deyib ki, dönər satışı ilə məşğul olan 13 sahibkar cərimələnib, 3 nəfər haqqında material isə inzibati orqana göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR