Avqustda paytaxtda daha bir piyada keçidi istifadəyə veriləcək

Avqustda paytaxtda daha bir piyada keçidi istifadəyə veriləcək
# 09 iyul 2014 08:57 (UTC +04:00)

Bakı - APA-Economics. Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeni yeraltı keçidin tikinti işlərinin çox hissəsi yerinə yetirilib.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəyolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin bildirib.

Onun sözlərinə görə, uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3 metr nəzərdə tutulan keçidin 64 metrlik hissəsi hazırdır, qalan 24 metrlik hissəsində dəmir-beton işləri davam etdirilir.

“İki girişi və iki çıxışı olacaq keçidin hazır olan hissəsinin döşəmə və divarları üzlənib, eyni zamanda qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib. Müasir işıqlandırma sistemi nəzərdə tutulan keçiddə tikinti işlərinin cari ilin avqust-sentyabr aylarında yekunlaşması gözlənilir”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR