Koreya səfiri Lənkəranda olub - FOTO

Koreya səfiri Lənkəranda olub - <span style="color: red;">FOTO
# 13 iyul 2015 11:57 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in Lənkəranda səfər edib.

APA-nın cənub bürosunun məlumatına görə, xarici diplomatı Lənkəran Şəhər İcra Hakimiyyəti aparatında icra başçısının birinci müavini İlqar Dadaşov qəbul edib.

Görüş zamanı İ.Dadaşov Lənkəranın sosial-iqtisadi, mədəni həyatında son illər baş verən yeniliklər barədə səfirə məlumat verib. Çoi Suk-in isə Lənkəran barədə əvvəllər qiyabi bilgiyə malik olduğunu, bu gün isə bu əsrarəngiz diyara qonaq gəlməsindən məmnunluq hissi duyduğunu bildirib.

Söhbət zamanı Lənkəran və Koreya arasında xeyli oxşar xüsusiyyətlərin olduğu, Koreyada olduğu kimi Lənkəranda da çəltikçiliyin inkişaf etdirildiyi qeyd olunub. Görüşdə həmçinin Lənkəranla Koreyanın iqtisadi əlaqələrinin yaradılması, Lənkəranın Koreya şəhərlərindən biri ilə qardaşlaşması məsələsi gündəmə gətirilib.

Görüşün sonunda səfir Çoi Suk-inə Lənkəran sənətkarlarının əl ilə toxuduqları xalça hədiyyə olunub.

Qeyd edək ki, Koreya səfiri Lənkəranda səfərdə olduğu müddətdə rayonun gəzməli-görməli yerlərini gəzib, Heydər Əliyev Muzeyinin eksponatları ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR