Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Göyçayın Qaraməryəm kəndində ağacların kəsilməsi ilə bağlı daxil olmuş şikayət ETSN-nin Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Şamaxı-Xaldan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Qaraməryəm qəsəbəsinin ərazisində “Azərinşaat MMC” tərəfindən Qaraməryəm-İsmayıllı avtomobil yolunun sol kənarında su ötürücülərinin çəkilməsi məqsədilə torpaq qazıntı işlərinin aparıldığı məlum olub.
ETSN-nin əməkdaşlarının apardığı araşdırma zamanı sözügedən ərazidə heç bir ağac kəsintisi faktının olmadığı, lakin 6 ədəd tut ağacının kök hissəsinin qazıldığı aşkar edilib.
Fakt şikayətçinin iştirakı ilə yerində sənədləşdirilib və ağacların kök hissəsinin doldurularaq əvvəlki vəziyyətə qaytarılması təmin olunub. Ağaclara aqrotexniki qaydada qulluq göstərilməsi “Azərinşaat