Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkə rəhbərliyinə müraciət edib - FOTO

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkə rəhbərliyinə müraciət edib - <span style="color: red;">FOTO
# 04 mart 2013 13:56 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, müxtəlif qeyri-hökumət təşkilatlarının, sahibkarların, sığorta və bank işçilərinin iştirak etdiyi tədbirdə təşkilatın fəaliyyəti və gələcək planlar müzakirə edilib.

Konfransda qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyacın olduğu xüsusi vurğulanıb, eləcə də AQC tərəfindən hazırlanmış «Qiymətləndirmə fəaliyyəti haqqında» yeni qanun layihəsinin parlamentdə müzakirəsinə və qəbuluna ehtiyacın olduğu qeyd edilib. Konfransda bununla bağlı Milli Məclisə və dövlət başçısına müraciət qəbul edilib.

Konfransda AQC-nin rəhbərliyinin yeni tərkibi müəyyənləşib, növbəti 3 il üçün cəmiyyətin sədri İradə Şükürova seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR