Misir Mərdanov “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfransda iştirak edir

Misir Mərdanov “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfransda iştirak edir
# 05 mart 2013 11:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov “British Council” təşkilatı tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfransda iştirak edir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, beynəlxalq konfransa dünyanın 70-dən çox ölkəsindən 1400 təhsil eksperti, təhsil nazirləri, təhsili idarəetmə qurumlarının əməkdaşları və elm adamları qatılıb.

M. Mərdanov beynəlxalq konfrans çərçivəsində “British Council” təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb. Görüşdə Azərbaycanda “British Council”ın fəaliyyətinin daha da genişləndirilməsi, təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, distant təhsil, ingilis dilinin tədrisi, ingilis dili müəllimlərinin ixtisasının artırılması və digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR