Avro-2016-nın qrup mərhələsi zamanı Belçikada terror aktları planlaşdıran 12 şəxs saxlanılıb

Avro-2016-nın qrup mərhələsi zamanı Belçikada terror aktları planlaşdıran 12 şəxs saxlanılıb
# 18 iyun 2016 21:37 (UTC +04:00)

Bakı-APA. Belçikada Avro-2016-nın qrup mərhələsi çərçivəsində Belçika-İrlandiya matçı zamanı terror aktları törətməyi planlaşdıran 12 şəxs saxlanılıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, terrorçuluqda şübhəli bilinən şəxslər insanların sıx toplaşdığı yerlərdə və iri ticarət mərkəzlərində hücumlar törətməyi planlaşdırıblar.

Gecə saatlarında keçirilən xüsusi əməliyyat zamanı 40 ev və 152 qaraja baxış keçirilib.

Məlumata görə, həbslərə baxmayaraq, saxlanılan şəxslərdə silah-sursat aşkarlamaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR