Xaçmazda minik maşını at arabası ilə toqquşub - FOTO - VİDEO

Xaçmazda minik maşını at arabası ilə toqquşub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 noyabr 2014 18:07 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də qeydə alınıb.

Xaçmaz rayonu, Arzu kənd sakini 1987-ci il təvəllüdlü Elşən Pirmudadov idarə etdiyi 10 NR 162 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomaşın Xaçmaz rayon sakini Bəşir Ağayevə məxsus alma ilə dolu at arabası ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR