Bakı. Könül Cəfərli - APA. İranın “Press TV” telekanalının “Nilesat” peykindən yayımı dayandırılandan sonra “Golfsat” şirkəti də bu ölkənin telekanallarını yaymaqdan imtina edib.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bundan sonra İranın “İfilm” və “Əlkövsər” kanalları “Golfsat” peykindən yayımlanmayacaq.