Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib
# 19 sentyabr 2014 08:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib.

APA – nın məlumatına görə, görüşdə 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyi məmnunluqla qeyd olunub, Azərbaycanda idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısının önəmi vurğulanıb.

Söhbət əsnasında həmçinin idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR