Xətai və Xızı rayon icra hakimiyyətlərində yoxlama aparılacaq

Xətai və Xızı rayon icra hakimiyyətlərində yoxlama aparılacaq
# 28 fevral 2015 10:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatasının Kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət xidmətləri, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Xızı rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər MR Mədəniyyət və Turizm Nazirliyinin aparatının və Nazirliyin mərkəzləşdirilmiş hesabatlığından maliyyələşən təşkilatların saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və büdcədənkənar vəsaitlərin icrasına dair də nəzarət tədbirləri üzrə proqram təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR