Meksikada hərbçilərə zirehli maşınla hücum edən 8 cinayətkar zərərsizləşdirilib

Meksikada hərbçilərə zirehli maşınla hücum edən 8 cinayətkar zərərsizləşdirilib
# 13 iyul 2014 04:45 (UTC +04:00)

Bakı-APA. Meksikanın Sinaloa ştatında hərbçilərlə cinayətkarlar arasında atışma olub, nəticədə 8 silahlı öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli rəsmi qurumların məlumatına əsasən, dəniz piyadalarından ibarət qrup ərazidə planlı yoxlama keçirərkən qanunsuz silahlı qrupun hücumuna məruz qalıb. Atışma zamanı hücum edənlərdən 8 nəfəri öldürülüb, hərbçilər arasında itki yoxdur.

Hadisə yerində cinayətkarlara məxsus zirehli maşın daxil olmaqla bir neçə avtomobil, çoxlu sayda silah-sursat aşkarlanıb. Öldürülən silahlılar Meksika hərbçilərinə məxsus geyimdə olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR