Bakı dairəvi yolunda sürət həddi dəyişdirilib - VİDEO

Bakı dairəvi yolunda sürət həddi dəyişdirilib - <span style="color: red;">VİDEO
# 12 yanvar 2015 06:33 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Bakı dairəvi yolunun 2-ci kilometrliyində quraşdırılan elektron tabloda sürət həddi sağ zolaq üçün 60 km/saat, sol və orta zolaq üçün isə 80 km/saat göstərilib.

Məlumat üçün bildirək ki, bundan öncə adıçəkilən avtomobil yolunda sürət həddi sağ zolaq üçün 90 km/saat, sol və orta zolaq üçün isə 110 km/saat olub.

Maraqlıdır ki, Bakı dairəvi yolunun girişində “Avtomagistral” yol nişanı quraşdırılıb. Bu nişan yolda maksimal sürət həddini 110 km/saat həddində müəyyənləşdirir.

Ehtimal olunur ki, adıçəkilən yolda sürət həddi ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar azaldılıb.

Məsələ ilə bağlı müraciət etdiyimiz Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib ki, bununla bağlı az sonra açıqlama veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR