Azərbaycanda “Strateji malların qanunsuz dövriyyəsinin qarşısının alınması” mövzusunda regional təlim keçirilir - FOTO

Azərbaycanda “Strateji malların qanunsuz dövriyyəsinin qarşısının alınması” mövzusunda regional təlim keçirilir - <span style="color: red;">FOTO
# 04 may 2015 09:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Strateji malların qanunsuz dövriyyəsinin qarşısının alınması” mövzusunda regional təlim işə başlayıb.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının birgə təşkil etdiyi təlim Dövlət Gömrük Komitəsinin dəstəyi ilə keçirilir. Təlim Azərbaycan, Qazaxıstan, Pakistan və Türkmənistan gömrük xidmətlərinin əməkdaşları üçün nəzərdə tutulub və ABŞ mütəxəssisləri tərəfindən aparılır.

Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev vurğulayıb ki, “Konteyner daşımalarına nəzarət üzrə Proqram” çərçivəsində növbəti təlimin Bakıda keçirilməsi təqdirəlayiqdir. Belə ki, Azərbaycan tərəfi sözügedən Proqram üzrə öhdəsinə düşən vəzifələri ardıcıl şəkildə yerinə yetirir.

Hər il dünyada 500 mln. konteynerin faktiki olaraq yoxlanılmadan daşınmasına diqqət çəkən Ə. Abdullayev qeyd edib ki, bu da dünya üzrə bütün yükdaşımaların 90%-ni təşkil edir. Bu isə öz növbəsində narkotik, silah və digər qeyri-leqal malların nəzarətdən yayınmasına gətirib çıxarır.

DGK sədrinin müavini ümid etdiyini bildirib ki, bu təlim sözügedən sahədə təcrübə mübadiləsinin aparılmasına, qanunsuz fəaliyyətə qarşı birgə və səmərəli işin təşkilinə imkan yaradacaq.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı və ABŞ nümayəndələri isə tədbirin təşkilinə göstərilən dəstək üçün Azərbaycan hökumətinə, eləcə də Dövlət Gömrük Xidmətinin rəhbərliyinə təşəkkür edərək, təlimin məhsuldar və uğurlu keçiriləcəyinə əmin olduqlarını ifadə ediblər.

Sonra təlim iştirakçıları öncə təhlükələrin yayılması və malların müəyyənləşdirilməsi, təlim prinsiplərinə nəzarət və onların həyata keçirilməsi məsələlərini “dəyirmi masa” arxasında müzakirə ediblər.

Daha sonra “Raket çatdırılma sistemi və texnologiyaları”, “Raket altsisetmi”, “Kimyəvi silahlar və texnologiylar”, “Quraşdırılmış komponentlər - II” mövzularında məruzələr dinlənilib, praktiki məşğələlər keçirilib.

Təlimin davam edəcəyi növbəti günlərdə isə “Saxtakarlıq nümunələri”, “Nüvə silahları və texnologiyaları”, “Sənaye avadanlıqları”, “Quraşdırılmış komponentlər - I”, “Bioloji silahlar və texnologiyalar”, “Kiməvi maddələr”, “Embarqo və sanksiyalar”, “Xususi nüvə materialları”, “Bioloji agent və toksinlər”, “Elektronik komponentlər”, “Elektronik təchizat” və digər mövzularda məruzələr dinləniləcək, eləcə də mövzu ətrafında müzakirələr və praktiki məşğələlər keçiriləcək.

Təlim mayın 8-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR