Gürcüstanlı baş məşqçi: “Biz bir dəfə “Neftçi”yə qalib gəlmişik”

Gürcüstanlı baş məşqçi: “Biz bir dəfə “Neftçi”yə qalib gəlmişik”
# 19 iyul 2014 09:35 (UTC +04:00)

Bakı – APA. “Biz bu yaxınlarda yoxlama oyununda bir dəfə “Neftçi”yə qalib gəlmişdik. Digər oyunumuz isə heç-heçə başa çatmışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Gürcüstanın “Çixura” futbol klubunun baş məşqçisi Samson Pruidze deyib.

UEFA-nın rəsmi saytına açıqlama verən mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib. “Koper” “Neftçi”ni onları Azərbaycanda məğlub edib. Bu da o deməkdir ki, Sloveniya təmsilçisi həqiqətən yaxşı komandadır. Biz potensial rəqiblərimiz haqda düşünmürük. Çünki hələ qarşıda “Bursaspor”la ev oyunumuz var. Bu rəqibimiz güclü hücum potensialına malik yaxşı komandadır”.

Qeyd edək ki, püşkatmanın nəticələrinə əsasən II təsnifat mərhələsində qarşılaşan “Bursaspor” (Türkiyə) - “Çixura” (Gürcüstan) cütünün qalibi növbəti mərhələdə “Neftçi” (Azərbaycan) – “Koper” (Sloveniya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR