Moskvada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 95 illik yubileyi münasibəti ilə konsert keçirilib - FOTOSESSİYA

Moskvada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 95 illik yubileyi münasibəti ilə konsert keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 aprel 2013 22:36 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında dahi Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin 95 illik yubileyi münasibəti ilə konsert keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük Zalında keçirilən konsert Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Konserti giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu dahi Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət konsertin musiqi ictimaiyyəti üçün əsl bayram olduğunu söyləyib. Səfir Qara Qarayevin Moskvada yubiley konsertinin təşkil olunmasını Azərbaycan mədəniyyəti üçün əlamətdar hadisə kimi qiymətləndirib: “Qara Qarayev Azərbaycan xalqının qəlbini dünya musiqi mədəniyyətində əks etdirmiş görkəmli Azərbaycan musiqiçilərindən biridir. Onun misilsiz əsərləri dünya şöhrəti qazanmış və təkcə Azərbaycanın deyil, həm də dünya musiqi mədəniyyətinin inciləridir. Dahi bəstəkar, görkəmli ictimai xadim Qara Qarayev dünya musiqi mədəniyyətinə böyük töhfələr verib".


P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri dahi bəstəkarın "Don Kixot" simfonik qravürü, "Leyli və Məcnun" simfonik poeması, "İldırımlı yollarla" baletindən süitanı ustalıqla ifa edib. Moskva Konservatoriyasının Böyük Zalına toplaşan Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri dahi bəstəkarın ölməz əsərlərini böyük maraqla dinləyiblər.

Qeyd edək ki, Qara Qarayevin 95 illiyi ilə bağlı keçirilən konsertdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Milli Konservatoriyanın rektoru siyavuş Kərimi və M. Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR