Bakı aeroportu normal rejimdə fəaliyyət göstərir

Bakı aeroportu normal rejimdə fəaliyyət göstərir
# 10 fevral 2012 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Heydər Əliyev Beynəlxalq Aeroportu normal qaydada fəaliyyətini davam etdirir. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında AZAL Bakıdan İstanbul, Moskva, Milan və Parisə aviareysləri yerinə yetirib, hazırda isə Bakı-Dubay və Bakı-İstanbul aviareyslərinə minik başlanıb: «Təxminən 15-20 dəqiqədən sonra Bakı-Surqut və Bakı-Naxçıvan aviareysləri də yerinə yetiriləcək».

M.Səfərli həmçinin bildirib ki, Gəncədə hava şəraitinin əlverişsiz olması səbəbindən Bakı-Gəncə aviareysi saat 10:30-dək təxirə salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR