Zaqatalada yanğın olub

Zaqatalada yanğın olub
# 10 iyul 2012 15:24 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 14.30 radələrində rayonun Aşağı Tala kənd sakini Barayeva Havva Mahmud qızına məxsus, ümumi sahəsi 70 kv/m olan fərdi yaşayış evində qeydə alınıb. Olay yerinə dərhal Zaqatala YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın nəticəsində evin 30 kv/m sahəsinin yanar konstruksiyası yanaraq yararsız hala düşüb. Evin qalan 40 kv/m sahəsi və ev əşyaları yanğından mühafizə edilib.

İlkin ehtimala görə, yanğına səbəb mətbəxdə qaz piltəsinin düzgün quraşdırılmaması olub. Yanğın nəticəsində ev sahiblərindən xəsarət alan olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR