TQDK səhhəti, ailə vəziyyəti ilə əlaqədar buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb

TQDK səhhəti, ailə vəziyyəti ilə əlaqədar buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb
# 06 iyul 2012 06:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 4-də 13 şəhər və rayonda, o cümlədən Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda səhhəti, ailə vəziyyəti ilə əlaqədar buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK-dan APA-ya verilən məlumata görə, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili
(Azərbaycan bölməsi)

Rus dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-16

5-16

5-15

4

17-25

17-24

16-25

5

26-30

25-30

26-30



Ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR