Azərbaycan Sahibkarlar Konfederasiyası Koreya Sənaye Avadanlıqları Assosiasiyası ilə anlaşma memorandumu imzalayıb

Azərbaycan Sahibkarlar Konfederasiyası Koreya Sənaye Avadanlıqları Assosiasiyası ilə anlaşma memorandumu imzalayıb
# 03 may 2012 13:20 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya-Azərbaycan Sənaye Forumunda iştirak edib.

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, tədbir Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Bilik İqtisadiyyatı Nazirliyi, Koreya Sənaye Avadanlıqları Assosiasiyası (KOPİA), Azərbaycan Sənaye və Energetika Nazirliyi və ASK-nın təşkilatçılığı ilə keçirilib.

Forumun məqsədi zavod tikintisi üzrə bazar imkanları və resursların mövcud olduğu Azərbaycanla əməkdaşlıq münasibətlərinin yaradılması və zavodların tikintisinə dair sifarişləri aktivləşdirmək məqsədilə ikitərəfli əməkdaşlığın təməlinin qoyulması olub.

Forum çərçivəsində KOPİA və ASK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Mərasimdən sonra hər iki tərəfin təmsil edən şirkətlərin iştirakı ilə ikitərəfli görüşlər keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR