AMEA Tarix İnstitutunda «Azərbaycan tarixi ilk mənbələrdə» adlı layihə həyata keçirilir

AMEA Tarix İnstitutunda «Azərbaycan tarixi ilk mənbələrdə» adlı layihə həyata keçirilir
# 26 iyul 2012 09:22 (UTC +04:00)
İndiyədək institutda arxiv sənədlərindən ibarət 22 adda sənəd toplusu işıq üzü görüb

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ilk mənbələrin və tarixi sənədlərin nəşri ilə bağlı geniş islahatlar proqramı həyata keçirilir. AMEA Tarix İnstitutunda «Azərbaycan tarixi ilk mənbələrdə» adlı bu layihənin həyata keçirilməsi institutda Azərbaycan tarixinin son illərədək öyrənilməyərək qalan çoxsaylı problemlərinin tədqiq olunması işini diqqət mərkəzinə götürməsi ilə bağlıdır. Tarix İnstitutu yerli və xarici ölkələrin arxiv və kitabxanalarında saxlanılan ilk mənbələrin Azərbaycana gətirilərək nəşr оlunması kimi çox mühüm bir işi həyata keçirməkdədir. Bu günə qədər müxtəlif xarici ölkələrin arxiv və kitabxanalarından (İstanbul, Ankara, Moskva, Sankt-Peterburq, Paris, London, Həştərxan, Dehli, Dağıstan və b.) gətirilmiş arxiv sənədlərindən ibarət 22 adda sənəd toplusu işıq üzü görüb. «Azərbaycan tarixi ilk mənbələrdə» layihəsi uğurla davam etdirilir. İnstitutda indiyədək aşağıdakı sənəd topluları nəşr olunub.

* “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində”. (Bakı, 2008);
* “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”. I cild, (Bakı, 2009); “İrəvan əyalətinin müfəssəl dəftəri”. (Bakı, 2009);
*“İrəvan əyalətinin icmal dəftəri”. (Bakı, 2009);
* İsgəndər bəy Münşi. “Tarixi-aləm arayi  Abbasi”. (Bakı, 2009);
* “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri”. (Bakı, 2010);
* “Azərbaycan tarixi arxiv sənədlərində (1917-1920-ci illər). I cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”. (Bakı, 2010);
* “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr”. Sənədlər toplusu (Bakı, 2010);
* “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri”. (Bakı, 2010);
* “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, I kitab. Gəncə quberniyası. (Bakı, 2010);
* “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. (Bakı, 2010);
* İsgəndər bəy Münşi “Dünyanı bəzəyən Abbasın tarixi”. (Bakı, 2010);
* “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”. (Bakı, 2010);
* “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədlərində”. (rus dilində), (Bakı, 2011);
* “Azərbaycan tarixi arxiv sənədlərində. XVIII əsr. Rusiya Federasiyası Dağıstan Respublikası Mərkəzi Dövlət Arxivinin sənədləri”. (Bakı, 2011);
* “Azərbaycan tarixi arxiv sənədlərində (aprel-dekabr 1920-ci il). II cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”. (Bakı, 2012);
* «Azərbaycan tarixi arxiv sənədlərində (XIX əsrin sonu-XX əsrin əvvəlləri), I cild. Britaniya kitabxanasının arxiv sənədləri”. (Bakı, 2012);
* “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). II cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri”. (Bakı, 2012);
* “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). I cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri». (Bakı, 2012);
* “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). II cild. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”. (Bakı, 2012);
* “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). II cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri». (Bakı, 2012);
* “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). III cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri». (Bakı, 2012)

Tarix İnstitutu arxiv sənədlərinin gətirildiyi xarici ölkələrin arxiv rəhbərlərinin Bakıda beynəlxalq toplantısının keçirilməsini planlaşdırır.
Bu toplantıda indiyədək çap olunmuş sənəd toplularının təqdimat mərasimlərinin keçirilməsi də nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR