Xaçmaz rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri: “Bu yay 80 min turist gözləyirik” - FOTOSESSİYA

Xaçmaz rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri: “Bu yay 80 min turist gözləyirik” - <font color=red>FOTOSESSİYA</font>
# 18 iyun 2012 08:25 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xaçmaz rayonuna iki günlük infotur təşkil olunub. APA-nın məlumatına görə, nazirliyin turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəfər Qarayev infoturun Xaçmazın turizm potensialı ilə daha yaxından tanış olmaq məqsədi daşıdığını deyib: “Bu tipli infoturlar daxili turizmin səviyyəsi ilə yaxından tanış olmağa imkan verir. Bunun turistlərin sayının artmasına müsbət təsiri danılmazdır”.

C. Qarayev bildirib ki, infoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkətlərinin əməkdaşları və KİV nümayəndələri olmaqla 50 nəfər qonaq iştirak edib. İnfotur çərçivəsində Nabranda yerləşən və bu rayonda ilk istirahət mərkəzi olan “Malibu”nun fəaliyyətinin 10 illiyi ilə bağlı tədbir də təşkil olunub. Tədbirdə mərkəzin direktoru Şahnəzər Yanvar və Xaçmaz rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayev bölgənin turizm imkanlarının öyrənilməsində və təbliğində, turizm şirkətləri ilə dostluq şəraitində işgüzar mühitin yaradılmasında, yerli və xarici turistlərin cəlb edilməsində infoturların əhəmiyyətini yüksək qiymətləndiriblər.

N. Ağayevin sözlərinə görə, Xaçmazda fəaliyyət göstərən 70 istirahət mərkəzi bu yay mövsümündə qonaqları qarşılamağa tam hazırdır. Qiymətlərin əvvəlki illərə nisbətən daha münasib olduğunu söyləyən N. Ağayev, yay mövsümündə rayona 80 min turist gələcəyini hesab etdiyini açıqlayıb. O qeyd edib ki, Bakıda keçirilən “Eurovision” müsabiqəsindən sonra xarici turistlərin rayona gəlişi çoxalıb. Turistlərin diqqətini cəlb etmək üçün rayonda yeni kitabxanalar, xalça muzeyi, digər mədəni-iaşə obyektləri istifadəyə verilib.

Proqramı çərçivəsində əyləncəli şou-proqram təşkil olunub. Tədbir iyunun 17-də başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR