«Azərikimya»da robot kompleksi quraşdırılıb

«Azərikimya»da robot kompleksi quraşdırılıb
# 16 fevral 2012 13:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun «Polimir-120» istehsalatının konveksiya sexində ilk dəfə olaraq robot sistemli paletləmə kompleksinin quraşdırılması və sınaq-sazlama işləri başa çatdırılıb. Birlikdən «APA-Economics»ə verilən məlumata görə, paletləmə kompleksi elektron hidravlik sistemi, həmçinin elektrik mühərriki Almaniya texnologiyası olmaqla Türkiyənin «Keramik» şirkətində istehsal olunub.

«Kompleksin istifadəyə verilməsi ilə zavodun hazır məhsulunun – dənəvər polietilenin daxili və xarici bazarlara, bütün alıcılara itkisiz və dünya standartına uyğun olaraq qablaşdırılmış şəkildə çatdırılması, yükləmələrdə mövcud ağır əl əməyinə son qoyulması və yükləmələrin daha sürətlə aparılması kimi mühüm məsələlər öz həllini tapacaq», - məlumatda bildirilir.

Robot tipli mexanizmlər ağır əl əməyinin aradan qaldırılaraq, hər biri 25 kq olan polietilen dolu kisələrin iri bağlamalar şəklində avtomatik olaraq bükülməsini təmin edəcək. Yeni xətt bir neçə işçini həm qablaşdırma, həm də ixrac məhsulunun çoxtonlu trallerlərə yüklənməsi prosesində əl əməyindən azad edəcək: «Hər birinin çəkisi 1300 kq-a qədər olan iri polietilen bağlamaları maşınlara Birlik tərəfindən yeni alınmış 3 və 5 tonluq avtokarlar vasitəsilə yüklənəcək».

Paletləmə kompleksindən əvvəl konveksiya sexində dənəvər polietilenin 25 kq-lıq kisələrə avtomatik olaraq doldurulmasını təmin etmək üçün maksimal məhsuldarlığı saatda 30 tona çatan «Wind möller» markalı yeni qablaşdırma maşını quraşdırılıb. Nəticədə əsas ixrac məhsulu olan polietilenin həm estetik görünüşü yaxşılaşacaq, həm də onun yüklənmə və nəqlolunma prosesi sürətlənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR