Ağdaşda baş verən yol qəzasında bir nəfər ölüb

Ağdaşda baş verən yol qəzasında bir nəfər ölüb
# 12 aprel 2012 09:47 (UTC +04:00)
Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş-Ləki yolunda avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə yolun 9-cu kilometrliyində qeydə alınıb. Ağdaş sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Nurəli olunun idarə etdiyi 03-BF-449 dövlət nömrə nişanlı “SAZ 3507” markalı yük maşını qarşı tərəfdən gələn 1936-cı il təvəllüdlü Həşimov Əmiraslan Əmirxan oğluna məxsus 03-BG-477 dövlət nömrə nişanlı “VAZ 2106” markalı maşınla toqquşub. Hadisə nəticəsində yüngül xəsarətlər alan 76 yaşlı sürücü Əmiraslan Həşimov xəstəxanaya yerləşdirilib. O, sonradan xəstəxanada insult keçirərək dünyasını dəyişib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR