BMT Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin anasını qətlə yetirən şəxsin tutulması ilə bağlı rəsmi məlumat yayılıb

BMT Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin anasını qətlə yetirən şəxsin tutulması ilə bağlı rəsmi məlumat yayılıb
# 20 fevral 2012 09:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı Şəhər Baş Polis İdarəsi BMT əməkdaşının anasının qətli ilə bağlı məlumat yayıb. İdarədən APA-ya verilən məlumatda bildirilir ki, fevralın 17-də saat 19 radələrində Binəqədi rayonu Azadlıq prospekti 189, mənzil 28 ünvanında, orada yaşayan 1938-ci il təvəllüdlü İsmayılova Elmira Səxavət qızı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib, mənzilin mətbəxi yandırılıb.

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törətməkdə şübhəli bilinən, 1988-ci il təvəllüdlü Hümbətov Natiq Əli oğlu fevralın 19-da isti izlərlə yaxalanıb. Şübhəli şəxs qətli tamah məqsədilə törətdiyini etiraf edib, cinayəti gizlətmək məqsədilə mənzilə od vurduğunu bildirib.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR