Azərbaycan prezidenti Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan prezidenti Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsini qəbul edib
# 31 may 2012 11:51 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçovu qəbul edib. APA-nın məlumatına görə, ölkələr arasında əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayan K. Kosaçov humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsində Bakı Beynəlxalq Humanitar Forumunun önəmini qeyd edib.

Öz növbəsində, dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələr arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu qeyd edən prezident bildirib ki, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olması əlaqələrin digər sahələrdə genişləndirilməsi işinə də öz töhfəsini verir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR