Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 1,0% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 1,0% enib
# 11 sentyabr 2012 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 13 254 bəndədək, S&P 500 0,6% - 1 429 bəndədək, Nasdaq 1,0% - 3 104 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə xarici amillər səbəb olub. İlk növbədə Yunanıstanla beynəlxalq kreditorlarla dövlət xərclərinin azalması barədə danışıqların nəticəsiz qalması bazara mənfi təsir edib.

Avropa fond bazarlarında sentyabrın 10-da FTSE 100 indeksi 0,03% - 5 793 bəndədək, Almaniya DAX-ı 0,01% - 7 214 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 506 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% artaraq 1 733,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2776 (-0,3%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR