Proqnoz: Ukrayna qrivnanın devalvasiyasına hazırlaşır
25 oktyabr 2012 15:02 (UTC +04:00)
Bakı – APA. Ukrayna hökuməti 2013-cü ildə milli valyuta – qrivnanın devalvasiyasına əl atacaq. Bu qərarın optimal variant kimi milli valyutanın 30% dəyərdən salınması yolu ilə qəbul olunacağı gözlənilir. APA-nın məlumatına görə, bu proqnozu ABŞ-ın «Goldman Sachs» bankı səsləndirib.
Bankın ekspertləri hesab edirlər ki, idxal və ixrac qiymətləri üzrə baş verən ciddi dəyişkənlik Ukraynanın cari balansının kəsirinə səbəb olur. Kəsir isə öz növbəsində Milli Bankın valyuta ehtiyatları hesabına örtülə bilər. Məhz valyuta ehtiyatlarının kəskin azalmasının qarşısını almaq məqsədi ilə Ukraynanın qrivnanın devalvasiyasına əl atacağı proqnozlaşdırılır Bu isə öz növbəsində, idxal prosesini zəiflədərək ixracatçılara dəstək verəcək.
Digər, alternativ variant kimi «Goldman Sachs»ın analitikləri cari balansın kəsirinin xarici borclanma hesabına ödənilməsini mümkün sayırlar. Lakin hazırda xaricdən cəlb edilən vəsaitlər üzrə faiz dərəcələri rəsmi Kiyev üçün olduqca yüksək və əlverişsizdir.
Yerli ekspertlər isə bu addım oktyabrın 28-də keçiriləcək parlament seçkilərindən sonra atılacağını düşünürlər. Bu səbəbdən ukraynalılar kütləvi şəkildə dollar və avro almağa, qrivnada olan bank əmanətlərini isə valyuta əmanətlərinə çevirməyə başlayıblar.
Qeyd edək ki, 2012-ci ilin əvvəlindən qrivnanın ABŞ dollarına qarşı rəsmi məzənnəsi sabit qalıb və hazırda təxminən 8 qrivna/dollar təşkil edir.

Maliyyə
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!
19:35
25 may 2024
"Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
17:52
25 may 2024
"Bank of Azerbaijan"nın kreditorlarının tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək
17:01
25 may 2024
Qarabağda Bir başlanğıc daha: Kapital Bank-ın Xankəndi filialı açılıb
14:57
25 may 2024