Yaxınları İranda həbsdə olan Azərbaycan şairləri və hakimlə görüşüblər

Yaxınları İranda həbsdə olan Azərbaycan şairləri və hakimlə görüşüblər
# 16 avqust 2012 08:44 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev məlumat verib. Görüşdə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndəsi də iştirak edib. Hakim şairlərin yaxınlarına bildirib ki, iş üzrə dəqiqləşdirmələr aparılır, lakin məhkəmə qərarının veriləcəyi gün hələlik məlum deyil.

Yaxınları Fərid Hüseyn və Şəhriyar Hacızadənin özləri ilə də görüşüblər.

Qeyd edək ki, mətbuatda azərbaycanlı şairlərin guya avqustun 15-də məhkəmə prosesinin keçirilməsi barədə məlumatlar yayılıb.

Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR