Azərbaycanda bələdiyyələrin yerli büdcənin icrası haqqında hesabatlarının verilməsi qaydaları sərtləşdirilir

Azərbaycanda bələdiyyələrin yerli büdcənin icrası haqqında hesabatlarının verilməsi qaydaları sərtləşdirilir
# 18 may 2012 12:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisi (MM) “Büdcə sistemi haqqında” qanuna dəyişiklik edəcək.

Mövcud qanuna əsasən, yerli büdcənin icrası haqqında illik hesabat bələdiyyələrin nizamnaməsində müəyyən edilmiş qaydada təsdiq edilir və bu barədə bələdiyyənin ərazisində yaşayan əhaliyə məlumat verilir.

Lakin bundan sonra bələdiyyələr illiklə yanaşı yarımillik hesabatlar hazırlayacaq. Həmçinin, hesabatlarla bağlı konkret vaxt da göstərilib. Belə ki, dəyişikliyə əsasən, bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları isə növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırmalıdırlar. Qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR