Yanvar-fevral ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 7,6 milyon ton neft nəql edilib

Yanvar-fevral ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 7,6 milyon ton neft nəql edilib
# 24 mart 2012 12:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 7,6 milyon ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5% azdır. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 77,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5,9 milyon ton və ya ötən ilin ilk 2 ayı ilə müqayisədə 3,3% az neft ötürülüb: «Bu dövrdə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 644,9 min ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 58% çoxdur».

Bununla yanaşı, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 4 milyard kubmetr və ya əvvəlki ilin eyni dövrünə nisbətən 14,3% çox qaz nəql edilib. Nəql edilmiş qazın 1/5 hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 862,6 milyon kubmetr və ya ötən ildəkindən 13,4% çox qaz ötürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR