Azərbaycanda icra hakimiyyəti başçısını döymək istəyən şəxs həbs edilib

Azərbaycanda icra hakimiyyəti başçısını döymək istəyən şəxs həbs edilib
# 18 iyul 2012 15:57 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 13-də Saatlı rayon sakini Rzayev Mirabad Seyidrza oğlunun rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən sonuncuya qarşı zor tətbiq etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Müəyyən edilib ki, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edilən tarixdə saat 11.00 radələrində rayon icra hakimiyyətinin inzibati binasının iclas zalında vətəndaşları qəbul edərkən M. Rzayev onun pencəyinin yaxasından və qolundan tutub dartaraq vurmağa cəhd etməklə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib.

M. Rzayevin barəsində Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

M. Rzayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR