Azərbaycan ərazisində sürüşmə zonalarının aktivləşməsinin səbəbini öyrənmək üçün monitorinqlərə başlanıb

Azərbaycan ərazisində sürüşmə zonalarının aktivləşməsinin səbəbini öyrənmək üçün monitorinqlərə başlanıb
# 27 mart 2012 07:31 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.

Onun sözlərinə görə, ilk monitorinqlər Şamaxı rayonlunda həyata keçiriləcək: “Şamaxıda 22 sürüşmə sahəsi var, Şirvanzadə, Meysəri, Sagiyan, Bağırlı, Cəbani, Şərədil, Kağan, Dədəgünəş kəndlərinə ilkin baxış keçirilib. Həmin ərazilərdəki sürüşmələrdə aktivləşmələr müşahidə olunub. Monitorinq ərəfəsində aktivlik müşahidə olunan və daha dinamik proseslər baş verən ərazilər haqqında tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat veriləcək”.

Ş. Niftiyev bildirib ki, monitorinqlər İsmayıllı, Ağsu və Qobustan rayonlarında davam etdiriləcək: “Paralel olaraq Quba, Şabran, Qusaq, Xaçmaz rayonlarında da monitorinqlər aparılacaq”.

Baş mühəndisin sözlərinə görə, respublikanın cənub bölgəsində də sürüşmə sahələrində müəyyən aktivləşmələr müşahidə edilir: “Bu səbəbdən Lənkəran, Yardımlı, Astara və Masallı rayonlarındakı sürüşmə sahələrində də monitorinqlər aparılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR