«Bank of Baku» Şuşadan olan bir qrup məcburi köçkünə maddi yardım göstərib

«Bank of Baku» Şuşadan olan bir qrup məcburi köçkünə maddi yardım göstərib
# 07 may 2012 10:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Şuşa şəhərindən olan bir qrup məcburi köçkünə maddi yardım göstərib.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın baş ofisində baş tutan tədbirdə ilk öncə ölkə başçısının Şuşanın işğalının anım mərasimlərinin keçirilməsi haqqında sərəncamı yüksək qiymətləndirilib. Daha sonra əslən Şuşadan olan məcburi köçkünlər Şuşanı və şuşalıları unutmayan şəxs və qurumlara təşəkkürünü bildiriblər. Onlar «Bank of Baku» tərəfindən həyata keçirilən bu xeyriyyə aksiyasının bank sektorunda ilk təcrübə olduğunu vurğulayıblar.
Tədbirin sonunda Şuşadan olan məcburi köçkünlər bir daha «Bank of Baku» rəhbərliyinə təmənnasız maddi yardıma görə xüsusi təşəkkür bildirərək, banka öz fəaliyyətində uğurlar arzulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR