ANAMA nümayəndəsi ABŞ-da təşkil olunan kursa qatılıb

ANAMA nümayəndəsi ABŞ-da təşkil olunan kursa qatılıb
# 15 may 2012 12:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndəsi ABŞ-da James Madison Universitetinin (JMU) təşkil etdiyi bir aylıq kursa qatılıb. APA-nın JMU-nun saytına istinadən verdiyi məlumata görə, kursda 14 ölkənin mina təmizləmə mərkəzlərindən menecerlər iştirak edir. Azərbaycanla yanaşı, kursun iştirakçıları arasında Əfqanıstan, Kamboca, Efiopiya, İraq, Laos, Livan, Libya, Sudan, Cənubi Sudan, Şri Lanka, Tacikistan, Uqanda və Vyetnamdan nümayəndələri də var.

Kurslar ABŞ Dövlət Departamenti, Müdafiə Departamenti, GİCHD və digər qurumlar tərəfindən dəstəklənir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR