Bakıda ikinci Respublika Bayraq Festivalı keçirilib

Bakıda ikinci Respublika Bayraq Festivalı keçirilib
# 07 noyabr 2012 14:04 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “9 noyabr - Dövlət Bayrağı günü”nə həsr olunmuş ikinci Respublika Bayraq Festivalı keçirilib. APA-nın xəbərinə görə, festival çərçivəsində gənc rəssamların iştirakı ilə müsabiqə keçirilib, qaliblər mükafatlandırılıb, tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı olub.

Festivalın açılışında iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, hər bir dövləti tərənnüm edən və fərqləndirən əsas rəmzlərdən biri də bayraqdır, Azərbaycan bayrağı bu gün dünyanın bütün təşkilatlarında, mərkəzlərində şərəflə dalğalanır: “Bizim yalnız bir arzumuz var ki, üçrəngli bayrağımız Azərbaycanın işğal alonmuş torpaqlarında da dalğalansın. Azərbaycan gəncləri də hər zaman öz atributlarına hörmətlə yanaşmalı və onu qorumağı bacarmalıdırlar”.

Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, tələbələr, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların zabit və əsgər heyəti, gənclər təşkilatlarının üzvləri və fəal gənclər iştirakı edib.

Festivalın sonunda isə tədbir iştirakçılarının müşayiəti ilə Bakı İdman Sarayının yaxınlığında şarlardan düzəldilmiş rəmzi bayraq maketi havaya buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR