Çin İranla bütün neft müqavilələrini yeniləyib

Çin İranla bütün neft müqavilələrini yeniləyib
# 24 aprel 2012 14:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Çin İranla bütün neft müqavilələrini yeniləyib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Milli Neft Şirkətinin beynəlxalq məsələlər şöbəsinin müdiri Seyid Möhsün Qəmsəri bildirib.

Onun sözlərinə görə, Çinin bütün neftayırma zavodları 2012-ci il üçün İranla bağladıqları razılaşmaları yeniləyiblər. M.Qəmsəri həmçinin hazırda İrandan Çinə gündə 500 min barel xam neft ixrac olunduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR