Dövlət başçısı İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib

Dövlət başçısı İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
# 31 iyul 2012 09:30 (UTC +04:00)
APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlət başçısına məlumat verilib ki, yeni yaradılacaq Gənclər Mərkəzinin ümumi sahəsi bir hektar, tikintialtı sahəsi isə 850 kvadratmetr olacaq. Burada geniş abadlıq-quruculuq işləri görüləcək. İkimərtəbəli binada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılacaq.

Prezident İlham Əliyev Gənclər Mərkəzinin təməlini qoyub. Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Azərbaycan Prezidentinə Lənkəran şəhərində yeni inşa edilən yaşayış kompleksi barədə də məlumat verilib. Bildirilib ki, kompleks hər biri yeddimərtəbəli 14 binadan ibarətdir. Burada 133 mənzil var. Onlardan beşi bir otaqlı, beşi iki otaqlı, 49-u üç otaqlı, 29-u dörd otaqlı, 45-i isə beş otaqlıdır. Yaşayış sahəsi 20 min 941 kvadratmetr olan kompleks üçün ümumilikdə 2,39 hektar sahə ayrılıb.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də respublikanın cənub bölgəsinə səfəri çərçivəsində Lənkərandakı Bayraq Meydanında yaradılan şəraitlə də tanış olub. Dövlət başçısının diqqətinə çatdırılıb ki, ölkədə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir.

Qeyd olundu ki, Bayraq Meydanının inşasına bu ilin mayında başlanılıb. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Təbii mərmərlə üzlənmiş iki metr hündürlüyündəki postamentin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub.
Burada Azərbaycan Prezidenti İlham Əliyevin dövlət bayrağına ehtiramını əks etdirən ayrıca guşə də fəaliyyət göstərir.

Sonra Azərbaycan Prezidenti Lənkəran şəhərinin inkişafına dair yeni layihələrlə bağlı stendlərə baxıb.
Dövlətimizin başçısı Bayraq Meydanında görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR