Xocalı soyqırımının 20 illiyi ilə bağlı alman dilində nəşr edilən kitabın təqdimatı keçirilib - FOTOSESSİYA

Xocalı soyqırımının 20 illiyi ilə bağlı alman dilində nəşr edilən kitabın təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 fevral 2012 10:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Almaniyanın Maqdeburq şəhərinin Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri Rolf Kunşunun Xocalı soyqırımının 20 illiyi ilə bağlı alman dilində nəşr edilən kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, rayon rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Almaniyadan gəlmiş qonaqların qatıldığı tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinə həsr olunan foto-stend və kitab şərqisi ilə tanış olublar.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında Xocalı soyqırımı, ermənilərin zaman-zaman Azərbaycan türklərinə qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən işlərin vacibliyindən danışıb. O bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə faciəyə siyasi qiymət verilib, baş verənlərin dünya ictimaiyyətinə çatdırılması üçün də genişmiqyaslı işlər görülür. İH başçısı təqdim olunan bu kitabın da Xocalı faciəsinin təbliğatı istiqamətində görülən işlərdən olduğunu deyib.

Almaniyalı alim Rolf Kunşun kitabın sənədlərə, foto və faktlara əsasən yazıldığını söyləyib və məqsədinin alman xalqını Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq olduğunu bildirib.

Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev, Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev və başqaları Xocalıda ermənilərin törətdiyi cinayətdən, yaşanan faciədən danışıblar. Çıxış edənlər soyqırımın Almaniyada tanınması istiqamətində atılan addımların davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR