Bu ilin I rübündə Azərbaycanda 54 km-dən artıq yol təmir olunub

Bu ilin I rübündə Azərbaycanda 54 km-dən artıq yol təmir olunub
# 07 may 2012 15:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 54,5 km, o cümlədən 4,6 km respublika əhəmiyyətli, 49,9 km yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 2 ədəd körpü tikilib.

«APA-Economics»in YAP-ın rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə daxili investisiyalar hesabına Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun, Bakı-Ələt (2-4, 50-69 km) sahələrinin, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan sərhədi (59 km) avtomobil yolunun yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M-2 (336 km)-Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı təmir işləri davam etdirilib: «Yerli əhəmiyyətli Xocasən-Lökbatan, Cəlilabad-Yardımlı, Qusar-Əniğ-Ləzə avtomobil yollarının tikintisi, Qəbələ-Küsnət-Laza avtomobil yolunun yenidən qurulması, İsmayıllı-Lahıc, Şamaxı-Göylər Çöl-Padar, M-2 (482 km) - Salahlı-Aslanbəyli-Kəmərli, Quba-Qəçrəş, Şəki-Qax-Zaqatala yolunun Şəki-Qax sahəsinin əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilib».

Eyni zamanda Qazax rayonunda 5 minə yaxın əhalisi olan 3 kəndi birləşdirən uzunluğu 7 km olan Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolu istismara verilib.

«Beynəlxalq maliyyə institutlarının kreditləri hesabına Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan (31-54,04 km), Salyan-Şorsulu (55,8-80,6 km) və Kür çayı üzərində körpü keçidinin (54,4-55,8 km) tikinti işləri davam etdirilib, Lənkəran-İran sərhədi hissələri üzrə işçi layihənin hazırlanması və torpaq alınma əməliyyatları başa çatdırılmaq üzrədir. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsində və Hacı Zeynalabdin Tağıyev-Sahil avtomobil yolunda tikinti işləri, Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun Hacıqabul-Bəhramtəpə hissəsinin yenidən qurulması, Hacıqabul-Kürdəmir avtomobil yolunda əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi işləri davam etdirilib», - deyə nazir bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR